
SabinaPsychicConsulting


İnsanları ağrı və qarışıqlıqdan çıxararaq ,aydınlıq, daxili balans və fiziki bərpalarınaa çatmağa kömək edirəm.
Həyatdakı çətinliklərin öhdəsindən gəlmək üçün elm və intuisiyanı birləşdirərək
insanları fərdi böyümə və şəfa yolunda dəstəkləmək — mənim missiyamdır.
Dünyanın müxtəlif ölkələrindən insanlar mənə müraciət edir.
Burada hər seans sadəcə söhbət deyil — enerji və düşüncə səviyyəsində dönüş nöqtəsidir.
Xidmətlərim:
✨ Travma və fobiyalarin silinməsi
✨ Psixoloji koçluk
✨ Hipno koçluk
✨ Trans-Geştalt və Psixosomatik koçluk
Əvvəlcə tələbələrimə, sonra qabiliyyətimə ehtiyacı olan insanlara kömək etməyə başladım.
İllər ərzində gördüyüm möcüzələrlə bütün bunlardan kitab yazmaq olar.
Elm və enerjini birləşdirərək insanlara köklü dəyişimi yaşadıram.
Fərdi kouçinq seanslarında insanlara çətinliklərinin səbəbini göstərir,
problemlərini daxildən həll etməyi öyrədirəm.
🌿 Möcüzələr hər yerdədir — sadəcə qəbul et.
Parlaq həyatına ilk addımı indi at.
WhatsApp və ya e-poçtla yazıl və bərpa səyahətinə bu gün başla.
Haqqımda

Fəlsəfi baxışlarım
Problemləri çox vaxt ətrafımızda axtarırıq, amma özümüzə sərhədlər qoya bilmədiyimiz və "yox" deməyi öyrənmədiyimiz üçün özümüz də bilmədən,dəflərlə eyni hadisələrin baş verməsi üçün şərait yaradırıq.
Bu da bizi bir dələ kimi, təkərdə dövr etməyə məcbur edir və çıxış yolu görmürük.
Amma ruhumuzla və Tanrı ilə birləşsək,həyat adlanan dənizdə, hər tufanın öhdəsindən gələ bilərik. Ruhumuzun dərinliklərindəki sükunət və imanla, biz ən güclü fırtınadan belə salamat çıxa bilərik.İntuisiya adlı mayakımız bizə yol göstərə və bizi olduğumuz yerdən daha təhlükəsiz yerə çıxara bilər .
Əsas odur ki, ruhumuzun sükunəti və Tanrıya olan inancımızla bu həyat dənizində yolumuzu tapaq.
Burda fəlsəfəmi Alman İlahıyyatçısı Karl Fridrix Etingerin duası ilə tamamlamag istəyirəm:
Allah! Həyatımda dəyişə biləcəyim şeyləri dəyişdirmək üçün mənə güc ver, dəyişdirmək gücümdən kənar olan şeyləri qəbul etmək üçün mənə cəsarət və rahatlıq ver və birini digərindən ayırmaq üçün mənə müdriklik ver.